Bir neçə gün öncə Facebook rəhbərliyi reklam əngəlləyici servislərlə mübarizədə müəyyən tədbirlər görəcəyi haqqında məlumat vermişdi. Belə ki, reklamların formatını dəyişdirən Facebook bildirdi ki, istifadəçilər reklam əngəlləyici servislərdən istifadə etsələr belə reklamları görəcəklər.
Lakin, elə həmin gün AdBlock Plus sosial şəbəkənin bu addımının «istifadəçi istəklərinə qarşı» olduğunu bildirdi və öz tətbiqi üçün xüsusi təlimatı istifadəçilərlə paylaşdı. Bu təlimatda Facebook-un yeni formatda yerləşdirilən reklamlarını əngəlləmək barədə geniş məlumat mövcuddur.
Qeyd edək ki, bir neçə gün ərzində təlimatda qeyd olunlar xüsusi filtr şəklində avtomatik olaraq AdBlock Plus istifadəçiləri üçün tətbiq olunacaq.