Bu payız, 1-16 oktyabr tarixlərində Volkswagen şirkəti Paris avtosalonu çərçivəsində tamamilə elektrik avtmobilini təqdim edəcək. Daha dəqiq olsaq, Paris avtosalonu çərçivəsində bizə avtomobilin yalnız prototipi təqdim olunacaq, satışlar isə 2018-ci ilin sonlarında start götürəcək.
Yeni elektromobilin özəlliyi ondadır ki, cəmi 15 dəqiqə enerji yığaraq 480 km məsafəni qət etmək mümkündür. Şirkət rəsmilərinin sözlərinə görə, avtomobil xaricən Golf modelini xatırladacaq.