iOS sahəsi üzrə ekspert Conatan Zdiarski bildirib ki, WhatsApp-da hətta «bütün mesajları sil» düyməsindən istifadə etdikdə belə onlar cihazın yaddaşında qalır. Əgər smartfona fiziki müdaxilə mümkündürsə, mesajları asanlıqla oxumaq olar. Çatları əldə etmək üçün mütləq «back-up» etmək lazımdır. Silinmiş çatlar buluda və kompüterin yaddaşına da yazılır.
Zdiarski bildirir ki, bunun səbəbi istifadə olunan SQLite kitabxanasıdır. Məlumatlar bu kitabxanadan yalnız yeni məlumat yazılanda silinir. Mesajların həmişəlik silinməsi üçün WhatsApp tətbiqinin cihazdan silinməsi mütləqdir. Eləcə də, məlumatların buluddan bərbasını məhdudlaşdırmaq da lar.