Fırıldaqçılığa qarşı mübarizə aparan Britaniya şirkəti Cifas sıradan bir kafenin müştəriləri ilə bir sınaq keçirib. Belə ki, yoldan keçən insanlara həmin kafenin Facebook səhifəsini “like” etmək qarşılığında bir pulsuz kofe təklif edilib. Müştəri kafeyə daxil olduğu və sifariş verdiyi zaman ərzində onun etdiyi “like” vasitəsilə Facebook hesabına daxil olunaraq özü haqqında bütün məlumat baristaya ötürülüb. Barista isə kofe fincanlarının üzərinə həmin müştərinin adını deyil, haqqında əldə olunan məlumatı yazıb (məsələn: hansı məktəbi bitirdiyi, yaşadığı ünvan, mobil telefon nömrəsi, işlədiyi məkan və s.”). Bu da müştərilərin təccübünə səbəb olub.
Britaniya şirkəti bu sınaq vasitəsilə insanlara öz şəxsi məlumatlarını daha yaxşı müdafiə etməyi tövsiyyə edib.