WPP Beynəlxalq holdinqi neyroaraşdırma keçirib və məlum olub ki, smartfonlarda xəbərlər oxuyan istifadəçilər reklama nəzər yetirmirlər, banner və səhifə elanları isə istifadəçiləri qıcıqlandırır. Displey elanlarının yalnız 1%-nə klik edilərək keçilir və bu göstəricinin niyə belə aşağı olduğunu anlamaq üçün 30 könüllüdən ibarət laboratoriya şəraitində araşdırma aparılıb. Sınaq iştirakçılarının xəbərləri oxuyarkən reklamlara reaksiyaları gözlərinin hərəkəti əsasında müəyyən edilib. Daha sonra onların özlərindən oxuduqları xəbərlər haqqında, eləcə də hansı hissələri yadda saxladıqları barədə soruşulub.
Nəticə isə belə olub ki, istifadəçilər xəbərləri oxuyarkən vaxtlarının çox hissəsini reklamları bağlamaq üçün “X” işarəsinin tapılmasına sərf ediblər. Reklam şirkətləri üçün heç də yaxşı xəbər deyil və bu sahədə mütləq yeniliklərin tətbiq olunması tövsiyyə edilib.