Facebook-un idarə heyyəti 20 iyun tarixində baş tutacaq toplantıda səhmdarlara sosial şəbəkənin təsisçisi Mark Zuckerbergə məxsus imtiyazlı səhmləri adiləri ilə əvəz etməyi təklif edəcək.
Bunun sayəsində idarə heyyəti üzvləri Zuckerbergin şirkəti tərk edəcəyi halda sosial şəbəkəni böhrandan qoruyacaqlarını düşünürlər.
«Yeni şərtlər zəmanət verir ki, Facebook təsisçisi şirkəti tərk etdikdən sonra bizim üzərimizdə idarə hüquqlarını itirəcək», — deyə idarə heyyəti təmsilçiləri bildiriblər.
Qeyd edək ki, hal-hazırda Mark Zuckerberg Facebook-un 4 milyon A kateqoriyalı və 419 milyon B kateqoriyalı səhmlərinə sahibdir. Bunun sayəsində toplam 53.8% səslə o, şirkəti tərk edəcəyi halda belə idarəçilik hüququnu qorumuş olacaq.