The Wall Streer Journal yazır ki, Çin taksi servisi olan Didi Chuxing investisiya yatırımlarının növbəti raundunu başa vurub. Belə ki, cari raundda 7 milyard dollar investisiya qəbul edən Çin şirkətinin ümumi dəyəri 25 milyard dollara çatıb.
Didi Chuxing bir sıra investorlardan 4.5 milyard dollar məbləğində investisiya qəbul edib, hansına ki, Apple tərəfindən 1 milyard, ən böyük Çin sığorta şirkəti China Life Insurance tərəfindən isə yatırılan 600 milyon dollar vəsait daxildir. Bu raundda ölkənin ən böyük IT-holdinqləri Tencent və Alibaba da iştirak ediblər. Didi Chuxing daha 2.5 milyard dolları China Merchants Bank-dan götürdüyü kredit hesabına əldə edib.
Əldə olunan vəsaitin Çin şirkətinin ən güclü rəqibi Uber-lə mübarizədə istifadə olunacağı bildirilir. Müqayisə üçün bildirək ki, Uber Çin rəqibləri ilə mübarizə üçün hər il 1 milyard dollar sərf edir.