TechCrunch bildirir ki, Twitter şəkil və videoların təkmilləşdirilməsi üçün neyron əlaqələr texnologiyasından istifadə edən britaniyalı «Magic Pony» startapını 150 milyon dollara əldə edib. Müqaviləyə əsasən, «Magic Pony» mütəxəssisləri bundan sonra Twitter üçün çalışacaqlar.
«Magic Pony»-nin iş prinsipi sadədir: komanda servisə iki eyni şəkil yükləyir (biri yaxşı, digəri aşağı keyfiyyətə malik), süni intellekt isə onları analiz edir və aşağı keyfiyyətə malik şəkli yaxşılaşdırmağa çalışır. Bu isə Twitter-ə istifadəçilər tərəfindən yüklənən şəkillərin keyfiyyət baxımından yaxşılaşdırılması üçün əlverişli olacaq.