Bu gün dünyanın Top500 superkompüterlərinin Linpack testi əsasında tərtib edilən 47-ci reytinqi açıqlanıb. Reytinqin başına bu dəfə Çin istehsalı olan Sunway TaihuLight superkompüteri keçib. Linpack testində onun göstəricisi 93 petaflops təşkil edib. Bu göstərici keçmiş lider Tianhe-2 superkompüterindən 3 dəfə daha yüksəkdir.
Superkompüter yeni ShenWei — SW26010 64-bitlik prosessorlar əsasında çalışır. Hər bir prosessor 260 nüvədən ibarətdir və 1.45 Hhz tezliklə çalışır. Ümumilikdə 32 GB DDR3-2133 tipli operativ yaddaşla təchiz olunan bu superkompüter «Sunway Raise OS 2.05» əməliyyat sistemi ilə çalışır (Linux əsasında). Bu tip super gücə malik kompüterin hazırlanması 270 milyon dollara başa gəlib.