2015-ci ilin mart ayında mikrobloq servisi Periscope-u satın aldı və o zamandan bəri öz tətbiqləri ilə birləşdirməyə davam edir.
Əvvəcə canlı yayımları xəbər lentində izləmək mümkün oldu, indi isə Android və iOS tətbiqlərində yayımları birbaşa Twitter interfeysində işə salmaq mümkün olacaq. Bunun üçün müvafiq «LIVE» düyməsi mövcud olacaq. Onun vasitəsilə yayıma keçmək üçün istinad xarakterli xüsusi ismarıc xəbər lentində əks etdiriləcək. Lakin bütün bunlara baxmayaraq Periscope tətbiqini smartfonunuzdan silmək hələlik tezdir, çünki bu tətbiq olmadan «LIVE» düyməsindən istifadə sizi avtomatik olaraq App Store və ya Google Play-ə tətbiqin quraşdırılması üçün yönləndirəcək.