Windows 10-a yeniləndikdən sonra kompüter səhv çalışır? Yenicə alınan noutbukda istehsalçı tərəfindən yüklənmiş çoxsaylı lazımsız proqramlar mövcuddur? Belə olan halda şəxsi məlumatları saxlayaraq əməliyyat sistemini «sıfırdan» quraşdırmaq istəyi ərsəyə gəlir. Microsoft-un yeni aləti «Refresh Windows» tətbiqi sizə kömək edəcək, hansı ki, sadəcə bir neçə klik vasitəsilə Windows 10-un kompüterinizə «təmiz» quraşdırılmasını təmin edəcək.
«Refresh Windows» tətbiqi Windows 10-un standart dəstinə daxil olmayan bütün proqramları siləcək və əməliyyat sisteminin ən stabil versiyasını kompüterinizə quraşdıracaq. Tətbiqin tezliklə bütün WIndows 10 istifadəçiləri üçün əlçatan olacağı qeyd edlirir.