spot_img
22 ноября, 2024
ДомойСайтыСоциальные сервисыInstagram xronoloji sıralamanı Facebook-a xas olan alqoritmə dəyişir

Instagram xronoloji sıralamanı Facebook-a xas olan alqoritmə dəyişir

Mart ayında Instagram servisinin tərtibatçıları bəyan etmişdilər ki, xəbər lentinin xronoloji sıralaması Facebook-da istifadə olunan alqoritmin analoqu ilə dəyişdiriləcək. İndi isə Instagram-ın rəsmi bloqunda qeyd olunur ki, bu yenilik artıq bir qrup isifadəçi arasında sınaqdan keçirilib.

Belə ki, istifadəçilər daha çox «like» və şərhdən istifadə edərək ümumi olaraq şəbəkədə daha çox aktivlik göstəriblər. Tərtibatçıların sözlərinə görə, tezliklə yeni alqoritm bütün istifadəçilər üçün mövcud olacaq. Onar bildirib ki, bu alqoritmin tətbiqi ilə xəbərlər yoxa çıxmayacaq, sadəcə sizin üçün ən «vacibdən» başlayaraq sıralanacaq. Sizə maraqlı olan xəbərləri isə alqoritm özü müəyyən edəcək.

Qeyd edək ki, Facebook sosial şəbəkəsində istifadə olunan bu qeyri-xronoloji sıralama istifadəçilərin əksəriyyəti tərəfindən bəyənilmir. 2012-ci ildən Instagram Facebook sosial şəbəkəsinə məxsusdur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -