«Facebook sosial şəbəkəsinin mobil tətbiqi davamlı olaraq istifadəçinin bütün danışıqlarını və ətraf mühit səslərini dinləyir, məlumatları analiz edir və əldə olunan nəticəyə əsasən uyğun gələn reklamları təqdim edir», — deyə Cənubi Florida universitetinin professoru Kelli Berns bildirib.
O qeyd edir ki, istifadəçilərin əksəriyyəti bilmir ki, Facebook tətbiqi cihazların mikrofonunu istifadə edərək ətrafda səslənən sözləri seçə bilir.
Melani Maykl (WFLA kanalının şərhçisi): «Çox güman ki, Facebook-un mikrofonunuzu istifadə edə bilməsini bilmirdiz. Bəli, mən də bilmirdim. Əgər bu funksiya aktiv olunubsa, Facebook ətrafda baş verən hər bir hadisəni dinləyir. Saytın parametrlərində açıq şəkildə bildirilir: «Biz sizin mikrofonunuzu dinlədiyiniz musiqi və ya izlədiyiniz tele-şouları müəyyən etmək üçün istifadə edə bilərik». Belə bir sınaq keçirməyə qərar verdim. Telefonu aktiv edərək «Necə də bu safarilərə səyahət etmək və o cipləri sürmək istərdim» dedim. Təxminən bir neçə dəqiqədən sonra xəbər lentimdə bir tanışımın Afrikada çəkdiyi şəkillər peyda oldu. Yan cərgədə isə həmin ciplərin reklamı əks olundu. Bunun qarşısını almaq üçün Facebook parametrlərindən mikrofonun istifadəsini qadağan edin».
Facebook mətbuat xidməti yayılan xəbərləri təkzib edib və bildirib ki, onlar mikrofonu yalnız postların yazılması zamanı istifadəçinin icazəsi ilə istifadə edirlər.