TechCrunch məlumat verir ki, Cənub-Şərqi Asiya sakinləri təşkilatların Facebook hesablarına yerləşdirilmiş malları sosial şəbəkə vasitəsilə ödəmək imkanı əldə ediblər. Qwik adlı servisin istifadəyə verilmısi ilə artıq pulları debet, kredit kartlarından və yaxud birbaşa bank hesablarından köçürmək mümkün olacaq.
Əlbəttə ki, sınaq üçün seçilmiş region (Cənub-Şərqi Asiya) bir çoxlarında təəccüb yaradıb. Çünki bu tip sınaqlar üçün ən uyğun region Facebook-un populyarlığa görə lider olduğu Qərbi Avropa regionu sayılır.
Xatırladaq ki, daha öncə Facebook istifadəçiləri birbaşa «Messenger» vasitəsilə pul əməliyyatları yerinə yetirmək imkanını əldə etmişdilər.