Facebook-un Avropa, Yaxın Şərq və Afrika üzrə vitse-prezidenti Nikola Mendelson bildirib ki, yaxın 5 il ərzinə Facebook sosial şəbəkəsində mətn tapmaq mümkün olmayacaq. O, bunu video çarxların sürətlə yayılması ilə əlaqələndirib.
Gizmodo yazır ki, sosial şəbəkədə çarxların izlənmə sayı bir il ərzində 1 milyarddan 8 milyardadək yüksəlib. Canlı yayımlanan video çarxa əvvəlcədən yüklənmiş çarxlarla müqayisədə istifadəçilər 10 dəfə daha artıq şərh yazırlar. Statistika göstərir ki, hal-hazırda Facebook istifadəçiləri gündəlik 100 milyon saat video izləyirlər.
Onu da qeyd edək ki, iyun ayında Facebook şərhlərə video çarxlar yerləşdirmək funksiyasını aktiv etmişdi.