Hal-hazırda toxunma gücünə həssas olan ekranlardan yalnız iPhone 6s, Huawei Mate S və Meizu Pro 6 sahibləri istifadə edə bilir. Çoxlarına bu tip innovasiyalar şübhəli gəlir, lakin, bu yaxınlarda şəbəkədə Android N-də Force Touch texnologiyasının mövcudluğu barədə məlumat yayılıb.
Belə ki, Miçiqan Universitetinin mühəndisləri tərəfindən 3D Touch funksiyasını smartfona əlavə edəcək unikal proqram təminatı hazırlanıb. Yaradıcıları tərəfindən ForcePhone adlandırılan bu texnologiya smartfonun mikrofon və xarici dinamikinin qarşılıqlı əlaqəsi hesabına işləyir. Məhz bu sadə işləmə prinsipinə görə ForcePhone texnologiyası istənilən smartfonda dəstəklənəcək. Beta-versiyanın bu ilin iyun ayında təqdim olunacağı deyilir.