Twitter real zamanda video yayımların məzmununu müəyyən edə biləcək və istifadəçilərə xüsusi tövsiyyələr təklif edə biləcək texnologiya üzərində çalışır.
Video yayımlar istifadəçilər arasında məhşurlaşmaqda davam edir və hal-hazırda Periscope, Meerkat, Facebook Live kimi proqramlar mövcuddur. Ancaq onların video axtarışı funksiyası ürəkaçan deyil və çox vaxt hər hansısa videonu tapmaq çətinliklər yaradır, çünki istifadəçilər videonun məzmunu haqqda məlumat az yerləşdirirlər.
Süni intellektə dayanan Cortex bölməsində isə video yayımların nə haqqda olduğunu müəyyən edə bilən xüsusi alqoritm yaradılıb.