Səbəb kimi daxildə ciddi quruluş dəyişikliyi və ümumiyyətlə mobil cihazlar üçün prosessor istehsalından imtina göstərilir.
Yayılan məlumatlara əsasən, şirkət SoFIA çipsetlərinin istehsalı və təkmilləşdirilməsini dayandırıb. Yeni nəsil prosessoru olan Atom-un istifadəsi isə istehsala başlamadan dayandırılıb. Intel bir müddət Cherry Tail prosessorlarının istehsalını davam etdirəcək və daha sonra tamamilə bu bazarı tərk edərək kompüter bazarına yönələcək.
İstisna deyil ki, şirkət yenidən smartfon və planşet bazarında pay sahibi olmaq üçün cəhd edəcək, amma hələlik Qualcomm və MediaTek əsas rəqiblərini itiriblər.