SimilarWeb analitik şirkətin apardığı araşdırmalardan məlum olub ki, ən çox istifadə olunan messencer tətbiqi WhatsApp-dır — 187 ölkənin 55.6% sorğu iştirakçısının seçimi məhz bu tətbiqdən yana olub. Bu tətbiqdən Braziliya, Meksika, Rusiya, Qazaxıstan kimi ölkələrdə və Afrika, Asiya və Okeaniya ölkələrində aktiv istifadə olunur.
Facebook Messenger inamla ikinci pillədə qərarlaşıb. Bu tətbiq ABŞ, Kanada və Avstraliya daxil olmaqla 49 ölkədə ən məşhur messencer statusunu daşıyır.
Pevel Durovun layihəsi olan Telegram yalnız 6-cı pillədə yer ala bilib. Onu da qeyd edək ki, BlackBerry Messenger İndoneziyada ən çox istifadə olunan messencer tətbiqi kimi reytinqə yer ala bilib.