Pew Research Center analitik şirkətinin apardığı araşdırmadan məlum olub ki, internet istifadəçilərinin böyük hissəsi xəbərləri sosial mediadan əldə edir, 18%-i isə bunu «tez-tez» edir. 4 il öncə isə yalnız 49% respondent sosial şəbəkələri aktual xəbər mənbəyi kimi görürdü.
Beləliklə, Facebook auditoriyasının 66%-i xəbərləri sosial şəbəkənin saytında oxuyur, Twitter-in hər 10 istifadəçidən 6-sı, Reddit-də isə hər 10 istifadəçidən 7-si xəbərləri şəbəkədə oxuyur. Turmbl üçün bu göstərici 31%, Instagram, YouTube, LinkedIn, Snapchat və Vine üçün isə 23-14% təşkil edib.
Bu sosial mənbələrdə xəbər oxuyanların 64%-i yalnız bir saytdan istifadə edir (əsasən Facebook). 26% istifadəçi yuxarıda qeyd olunan saytlardan iksindən istifadə edir və yalnız 10% respondent üç və daha çox saytdan istifadə edir.