spot_img
21 ноября, 2024
ДомойAVТелевидениеÖdənişli TV xidməti dünya üzrə öz abunəçilərinin sayını artırmaqda davam edir

Ödənişli TV xidməti dünya üzrə öz abunəçilərinin sayını artırmaqda davam edir

“Informitv” agentliyinin hazırladığı ən son “Multiscreen Index” rüblük hesabatına görə son iki ildə bütün dünya üzrə ödənişli TV xidməti abunəçilərinin sayının ən yüksək artımı müşahidə olunur.

Ümumilikdə ödənişli TV xidmətini göstərən 100 operator, hansıların ki fəaliyyəti “Multiscreen Index”-də qeyd edilib, öz abunəçilərinin sayını 2% və yaxud 8.16 milyon artırıb.

100 operatordan 10-u keçən ilin son rübündə 5.11 milyon yeni abunəçi cəlb edib, ümumilikdə keçən il ücün isə bu şirkətlərin abunəçi sayının artımı 11.05 milyon təşkil etmişdir.

“Multiscreen Index”-ə daxil edilmiş 100 operatordan 17-si abunəçi itkisi barədə elan ediblər. Belə ki, bu şirkətlər ümumilikdə 762.000 abunəçi itiriblər. Ən böyük abunəçi itkisi ilə qarşılaşan AT&T şirkətinin U-verse platformasıdır, hansı ki 240.000 abunəçisini itirib.

Ən böyük abunəçi sayı artımı Asiya-Sakit Okean regionunun bazarlarında müşahidə edilib – 4.99 milyon. Qeyd etmək lazımdır ki, bu abunəçilərin 4 milyonu Hindistanı təmsil edən beş operatorun payına düşür.

Avropa, Yaxın Şərq və Afrika ölkələrində ödənişli TV xidməti abunəçilərinin sayı 2.07 milyon artıb. Sky şirkəti Avropada öz abunəçilərinin sayını 337.000 artırıb, Rusiyanın “Trikolor TV” operatorunda isə bu rəqəm 200.000 təşkil edir.

Şimali, Mərkəzi və Cənubi Amerika ölkələrində ödənişli TV abunəçilərinin sayı 1.09 milyon artıb. Belə ki, Sky Mexico abunəçilərinin sayında 230.000, ABŞ-ın DIRECTV operatorunda isə 214.000 artım müşahidə olunur.

Abunəçi sayında ən çox artım kabel televiziyası sektorunda müşahidə olunur – 4 milyon. Növbəti yerlərdə peyk televiziyası (2.95 milyon artım) və telekommunikasiya xidmətlərinin provayderləri (1.22 milyon artım) qərarlaşıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -