Amerika korporasiyası avtomobil istehsalçısı ilə birlikdə sürüсülük prosesinin sadələşdirilməsi üçün işləmələr ilə məşqul olacaq.
Nəqliyyat üçün internet-servislərin hazırlanması ilə “Microsoft” və “Toyota”nın birgə proekti olan Toyota Connected Inc. məşqul olacaq. Şirkətin əsas fəaliyyəti Microsoft Azure bulud platforması əsasında hazırlanacaq innovativ işləmələr ilə bağlıdır, hansılar ki verilənlərin idarə olunması və data-servislərlə əlaqəlidir.
Telematik servislər sürücünün vərdiş və tərcihlərini, nəqliyyatı idarəetmə formasını öyrənərək ən sərfəli sığortalanma variantını seçməkdə köməklik göstərəcəklər. Bundan əlavə, yollardakı vəziyyətlə bağlı informasiya da təqdim olunacaqdır.
Toyota Connected Inc. “internet əşyaları”, “ağıllı şəhər” kimi servislərlə də məşqul olacaq və şirkət mütəxəssislərinə süni intellekt və robototexnika ilə bağlı işləmələrlə köməklik göstərəcəkdir.