İnsanların və robotların əlaqəsinə həsr olunmuş ACM CHI 2016 konfransında Microsft ən son texnologiyalarını nümayiş etdirib. Bunlar arasında ən çox nəzərə çarpan 3D Touch-ın təkmilləşdirilmiş analoqu olub. Bu texnologiya smartfonun ekranına toxunmadan ondan istifadə imkanını yaradır.
Microsoft texnologiyası ilə yaradılan displey barmaqların ekrana yaxınlaşmasını müəyyən edir və müvafiq əməliyyatı yerinə yetirir. Qeyd edək ki, bu texnologiya bir neçə barmaqla istifadəni dəstəkləyir. Belə ki, siz bir barmaqla hər hansısa faylı seçə bilərsiniz, digəri ilə isə müvafiq əməliyyatı yerinə yetirə bilərsiniz.
Texnologiyanın smartfonlarda tətbiqinin nə zaman başlayacağı barədə məlumat verilmir.