Qərbi Avropa ölkələrində IPTV ödənişli peyk televiziyasını geridə qoyur.
Digital TV Research agentliyinin hazırladığı son hesabata görə 2015-ci ildə Qərbi Avropa ölkələrində IPTV abunəçilərinin sayı ödənişli peyk televiziyası abunəçilərinin sayını üstələyib.
Hesabatın müəlliflərinin proqnozlarına görə 2015-2021-ci illər arasında Qərbi Avropanın IPTV istifadəçilərinin ümumi sayı təxminən 7 milyon (27%) artacaq, bu sektorun gəlirləri isə 1.2 milyard dollar artaraq 2021-ci ildə 5.77 milyard dollara çatacaq.
Ödənişli peyk televiziyasının hesabatda göstərilən 18 ölkədə abunəçilərinin sayı isə 2015-2021-ci illər arasında 300.000 azalacaq, sektorun ümumi gəlirində isə 1 milyard dollar azalma müşahidə olunacaq.
Ödənişli rəqəmsal teleyayımı bazarının həcmi Qərbi Avropa ölkələrində 19% (17 milyon) artacaq, kabel televiziyası operatorlarının abunəçilərinin sayı isə 10 milyon artacaq.
2021-ci ilə qədər ödənişli televiziya bazarının həcmi Avropanın 8 ölkəsində 90%-i keçəcək. Almaniya, Hollandiya, İsveçrə kimi ölkələrdə isə əksinə, bu sektorun inkişafında geriləmə müşahidə olunacaq, çünki bu ölkələrdə hələ də köhnəlmiş analoq yayımına ütünlük verirlər.
Bu sektorun ən gəlirli regionu kimi isə hələ də Böyük Britaniyadır (7.22 milyard dollar).