spot_img
28 марта, 2024
ДомойТелекомСобытияElm dünyanı dəyişir: Google-dan məktəblilər üçün elmi-texniki müsabiqə

Elm dünyanı dəyişir: Google-dan məktəblilər üçün elmi-texniki müsabiqə

13 yaşdan 18 yaşadək gənc alimlər dünyanı təkmilləşdirmə haqqda öz ideyalarını 2016-cı il 16 May tarixinədək təqdim edə bilərlər.

Google 13-18 yaşlarında olan məktəbliləri hər il ənənəvi olaraq keçirilən Google Science Fair elmi-texniki müsabiqəsinə dəvət edir. Bunun üçün tək və yaxud komanda şəklində dünyanı yaxşıya doğru dəyişəcək elmi-texniki proekt hazırlamaq lazımdır. Necə? Əvvəlcə dünyada hansı qlobal problemlərin olmasını analiz etmək və onların həll yollarını düşünüb proekti hazırlmaq lazımdır.

Ötən ilin finalçıları, məsələn, bioabsorbent, ucuz başa gələn bərpa olunan enerji mənbəyi, içməli suyun təmizlənmə texnologiyası və s. bu kimi ixtiralar etmişdilər.

Münsiflər heyyətinin qərarına görə ən yaxşı proektin müəllifi təhsil üçün 50.000 ABŞ dolları dəyərində təqaüd əldə edəcək. 15.000 ABŞ dolları dəyərində digər təqaüdlər isə “texniki problemlərin həllinə innovativ yanaşma” və “ətraf mühitin əsas problemlərinə eksperimental yanaşma” mövzusunda ən uğurlu proektlərə təqdim ediləcəkdir. Ekologiya sahəsində fərqlənmiş proektlər də mükafatlandırılacaq. Proekt hazırlığı zamanı ən ruhlandırıcı müəllimi də müxtəlif təqaüdlərlə təmin edəcəklər.

Proekti sayt şəklində təqdim etmək lazımdır, hansını ki müsabiqənin platformasında düzəltmək mümkündür. Proektlərin təqdim olunma tarixi 18 May Bakı vaxtı ilə saat 11:00-da bitir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -