spot_img
1 мая, 2024
ДомойТелекомСобытияDJI dronları Facebook-a birbaşa yayımı dəstəkləyəcəklər

DJI dronları Facebook-a birbaşa yayımı dəstəkləyəcəklər

Keçən həftə Facebook şirkəti Facebook Live adlı funksiyanı aktivləşdirdi. Onun köməyi ilə dünyanın ən məhşur sosial şəbəkələrindən biri olan Facebook-un istifadəçiləri real zamanda birbaşa yayım həyata keçirə biləcəklər. F8 konferensiyası çərçivəsində Facebook-un sahibi Mark Zukerberq yenilik haqqında ətraflı məlumat verərək onu da qeyd edib ki, Live API proqramçılar üçün aktivləşdiriləcək. Bu isə o deməkdir ki, istifadəçilər ən fərqli cihazlardan birbaşa yayımı həyata keçirə biləcəklər. Məsələn, dronun kamerası vasitəsi ilə, hansını ki DJI şirkəti təqdim edib.

DJI nümayəndələri söz verirlər ki, canlı video yayım şirkətin təqdim etdiyi bütün cihazlar tərəfindən dəstəklənəcək. Sadəcə DJI Go proqramının cihaza quraşdırılması kifayətdir. Dəstəklənən kvadrokopterlərin siyahısında Phantom və Inspire kimi məhşur modellər yer alıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -