spot_img
22 ноября, 2024
ДомойSoftwareПрограммное обеспечениеŞifahi nitqi mətnə çevirən Dilmanc sistemin yeni versiyası hazırlanıb

Şifahi nitqi mətnə çevirən Dilmanc sistemin yeni versiyası hazırlanıb

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında 9 aprel 2013-cü il tarixli sərəncamına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni internet texnologiyalarının yaradılması istiqamətində işləri dəstəkləməkdə davam edir.

Dilmanc ImlaNazirliyin dəstəklədiyi “Dilmanc” layihəsi çərçivəsində şifahi nitqi mətnə çevirən Dilmanc İmla sisteminin yeni versiyası yaradılıb. Əvvəlki versiyadan fərqli olaraq bu versiyada istənilən redaktorda (məs. Microsoft Word, Notepad və s.) işləmək imkanı yaradılıb. Bundan əlavə, kursoru istənilən mətn pəncərəsinə (məsələn, brauzerin axtarış kriteriyası yazılan pəncərəsi, elektron cədvəllərin xanası və s.) qoymaqla mətn daxil etmək mümkündür.

İstifadəçilər həmin sistemin yeni versiyasını http://www.dilmanc.az/dilmanc-imla ünvanından öz kompüterlərinə yükləyə bilərlər . Qeyd edək ki, “Dilmanc” layihəsi Azərbaycan dili üçün yeni texnologiyaların yaradılması istiqamətində işləri davam etdirir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -