Real dünyada koronavirus bəlası ilə mübarizə virtual mühitdə də davam edir.
Bu məqsədlə cari ilin 9-12 aprel tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün virtual hakaton keçiriləcəkdir. Hakatonun mükafat fondu — 10000 ABŞ dollarıdır.
Hazırda virtual hakaton üçün 35 ölkədən 400 dən çox iştirakçı qeydiyyatdan keçib.
Qeydiyyatdan keçənlər arasında Avropadan Birləşmiş Krallıq və Almaniya, Asiyadan Hindistan və Qazaxıstan, Avstraliya, Amerika qitəsindən Braziliya, Afrikadan Misir və Nigeriya kimi ölkələr yer alır. Qeydiyyat 9 aprel tarixinədək davam edəcək və 40 ölkədən 500-dən çox müraciətin olacağı gözlənilir. Bu nəticələrin əldə olunmasına dəstək verən qlobal hakatonun tərəfdaşlarıdır.
Socar AQS, COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən virtual hakatona qoşulan və dəstək verən ilk əsas partnyorlardandır. Dünyada koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarının axtarmasına, həmçinin texnoloji həllərin yaratmasına keçidi tezləşdirir.
Hakatonda iştirak etmək üçün www.hackcov19.com saytında qeydiyatdan keçmək və komanda, ideya və həmin ideyanın yuxarıda sadalanan çətinlikləri necə aradan qaldıracağı haqqında məlumatı təqdim etmək lazımdır.
İdeyaların təkmilləşdirilməsi üçün iştirakçılara 2 gün veriləcəkdir. İrəli sürülən həll yolları online formada yerli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediləcəkdir.
İdeyaların qiymətləndirilməsi zamanı üstünlük daha tez həyata keçirilə biləcək ideyalara veriləcəkdir.
Əgər, siz və ya tanışlarınız texnologiya vasitəsilə həll oluna biləcək çətinliklə üzləşirsinizsə, bununla bağlı ideyalarınızı təklif etməkdə sərbəstsiniz.