Hindistanlı insayder Mukul Sharma Twitter sosial şəbəkəsində Redmi-nin növbəti smartfonu haqqında bəzi məlumatlar paylaşıb. Belə ki, yeni Redmi Note 8 smartfonu yalnız oktyabr ayının sonlarında təqdim ediləcək. Daha əvvəl məlumat verilmişdi ki, cihaz sentyabr ayının əvvəlində satışa çıxarılacaq.
Xatırladaq ki, təqdim olunacaq Xiaomi Redmi Note 8 64 mp kamera ilə təchiz ediləcək (Samsung GW1 sensoru ilə). Bir neçə gün əvvəl Xiaomi prezidenti Lin Bin şəbəkəyə şəkil yerləşdirmişdi və bir çox istifadəçi şəkildə məhz Redmi Note 8-in olduğunu qeyd etmişdi.