ДомойSoftwareИгрыGoogle 2026-cı ilin ən yaxşı Android tətbiq və oyunlarını açıqladı

Google 2026-cı ilin ən yaxşı Android tətbiq və oyunlarını açıqladı

Google ənənəvi Best of Play mükafatının bu ilki nəticələrini açıqlayaraq 2026-cı ilin Android üçün ən yaxşı tətbiq və oyunlarını müəyyənləşdirib. Qaliblər müxtəlif kateqoriyalar üzrə seçilib.

İlin ən yaxşı tətbiqi Ginger Labs tərəfindən hazırlanan Notability: AI & PDF Notes olub. Bu rəqəmsal qeyd dəftəri əl yazısı, mətn, audio yazılar, PDF sənədləri və süni intellekt alətlərini vahid iş mühitində birləşdirir. Tətbiq xüsusilə qeydlər aparmaq, sənədlərlə işləmək və təhsil üçün nəzərdə tutulub.

Bir neçə cihaz üçün ən yaxşı tətbiq nominasiyasında isə Strava: Run, Bike, Walk qalib gəlib. Xidmət Wear OS ağıllı saatları vasitəsilə məşqləri izləməyə, daha sonra isə smartfonun kilid ekranındakı vidcet vasitəsilə həftəlik nəticələri yoxlamağa imkan verir.

Tətbiqlər üzrə digər qaliblər

  • Əyləncə üçün ən yaxşı tətbiq: Qobuz: Music & Editorial
  • Ən innovativ tətbiq: Wispr Flow: AI Voice-to-Text
  • Yaradıcılıq üçün ən yaxşı tətbiq: ibis Paint X
  • Bacarıqların inkişafı üçün ən yaxşı tətbiq: Spark: Daily Learning Puzzles
  • Məhsuldarlıq üçün ən yaxşı köməkçi: Notability: AI & PDF Notes
  • İdman azarkeşləri üçün ən yaxşı tətbiq: Sofascore: Live Sports Scores
  • İlin ən maraqlı kəşfi: Riley: Emotion & Mood Tracker
  • Ailə üçün ən yaxşı tətbiq: Superfonik: Kids Learn to Readailə üçün ən yaşı tıtbiq
  • Ağıllı saatlar üçün ən yaxşı tətbiq: Pocket Casts — Podcast App
  • Böyük ekranlar üçün ən yaxşı tətbiq: BandLab: Music Maker & Studio
  • Avtomobillər üçün ən yaxşı tətbiq: Audible: Audiobooks & Podcasts
  • XR eynəkləri üçün ən yaxşı tətbiq: MLB

İlin ən yaxşı oyunu Hypergryph studiyasının hazırladığı Arknights: Endfield olub. Bu, real vaxt strategiyası və idarəetmə elementlərini özündə birləşdirən, pulsuz oynanılan 3D action-RPG oyunudur. Orijinal Arknights oyununun spin-off-u olan layihə maraqlı süjeti, rəngarəng məkanları, detallı personajları və dinamik döyüşləri ilə diqqət çəkib. Oyunun xüsusilə fabriklərin qurulması və istehsal prosesinin idarə edilməsinə əsaslanan dərin mexanikaları yüksək qiymətləndirilib.

Bir neçə cihaz üçün ən yaxşı oyun isə Moonlight Peaks olub. Bu rahat həyat simulyatorunda oyunçular sehrli bitkilər yetişdirə, yerli sakinlərlə ünsiyyət qura və canavarlarla romantik münasibətlər qura bilirlər. Oyunu həm mobil cihazlarda, həm də Google Play Games vasitəsilə kompüterdə oynamaq mümkündür.

Oyunlar üzrə digər qaliblər

  • Ən yaxşı çoxnəfərli oyun: Warframe
  • Tez başlamaq üçün ən yaxşı oyun: Subway Surfers City
  • Ən yaxşı müstəqil oyun: Deep Rock Galactic: Survivor
  • Ən yaxşı süjet: Sea of Stars
  • Daim inkişaf edən ən yaxşı oyun: Zenless Zone Zero
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,683ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -