ДомойAI / MLAnthropic Claude Code-u avtomatik işləyən rejimə keçirir

Anthropic Claude Code-u avtomatik işləyən rejimə keçirir

Anthropic Claude Code proqramlaşdırma alətində avtomatik rejimi əsas seçimə çevirməyə hazırlaşır. 14 avqustdanetibarən Pro, Max və Team hesablarında Claude Code istifadəçilərdən hər addımda icazə istəmədən müəyyən tapşırıqları özü yerinə yetirə biləcək.

Hazırda Claude Code kod yazarkən və ya sistemdə hər hansı əməliyyat apararkən istifadəçidən təsdiq tələb edə bilər. Yeni Auto mode rejimində isə bu proses daha avtomatik olacaq. Claude yalnız əməliyyatın geri qaytarılması mümkün olmayan, təhlükəli və ya istifadəçinin iş mühitindən kənara çıxan hərəkət olduğunu düşünərsə, müdaxilə tələb edəcək.

Anthropic-in keçirdiyi testlərdə Auto mode-un təhlükəli əməliyyatları aşkarlamaqda insan yoxlamasından daha effektiv olduğu bildirilib. 1053 ödənişli istifadəçinin iştirak etdiyi sınaqda avtomatik rejim potensial təhlükəli hərəkətlərin 89%-ni müəyyən edib. İnsanların apardığı yoxlamalarda isə bu göstərici 13,6% olub.

Şirkət hesab edir ki, bunun səbəblərindən biri istifadəçilərin icazə sorğularına çox vaxt düşünmədən təsdiq verməsidir. Məlumata görə, Claude Code istifadəçiləri belə sorğuların təxminən 97%-ni təsdiqləyir.

Claude Code rəhbəri Boris Cherny də bildirib ki, komandası artıq bir neçə aydır Auto mode-dan əsasən bu şəkildə istifadə edir və əvvəlki sistemə qayıtmaq istəmir.

Anthropic bununla yanaşı, təhlükəsizlik tədbirlərini də gücləndirir. Claude Code-a prompt injection hücumlarını aşkarlayan sistem, eləcə də məlumatların icazəsiz şəkildə kənara ötürülməsinin qarşısını almaq üçün fərdiləşdirilə bilən bloklama qaydaları əlavə edilir.

Yeni yanaşma Claude Code-u sadəcə kod yazan alətdən daha müstəqil işləyə bilən AI proqramlaşdırma agentinə çevirmək istiqamətində atılan növbəti addımdır.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,738ФанатыМне нравится
1,008ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -