spot_img
3 марта, 2026
spot_img
ДомойТехнологииАвтомобилиXiaomi Vision Gran Turismo yarış avtomobili təqdim olundu

Xiaomi Vision Gran Turismo yarış avtomobili təqdim olundu

MWC 2026 sərgisinin ən gözlənilməz anonslarından biri Xiaomi tərəfindən nümayiş etdirilən Xiaomi Vision Gran Turismo konsept-bolidi oldu. Futuristik avtomobil yaxın zamanda məşhur yarış simulyatoru Gran Turismo 7 oyununda da yer alacaq.

Vision GT layihəsi Gran Turismo proqramı çərçivəsində hazırlanıb. Bu təşəbbüsə əsasən, dünya avtomobil istehsalçıları gələcəyin superkarlarını təsəvvür edərək xüsusi konseptlər yaradır və həmin modellər eyniadlı videooyun seriyasında virtual şəkildə təqdim olunur. Xiaomi bu layihəyə dəvət alan ilk Çin brendi kimi tarixə düşüb.

Konsept müasir superkar üslubunda dizayn edilib: T-formalı optika, iri ön splitter, “qayçı” tipli qapılar, böyük arxa diffuzor və maksimal aerodinamikaya hesablanmış kuzov xəttləri. Salonda minimalizm üstünlük təşkil edir — sükan şturval formasındadır, idarəetmə isə panoramik displey üzərindən həyata keçirilir.

Şirkətin rəhbəri Lei Jun bildirib ki, Xiaomi 2027-ci ildən etibarən elektromobillərini Çin bazarından kənarda da satışa çıxarmağı planlaşdırır. Onun sözlərinə görə, artıq Böyük Britaniya da daxil olmaqla xarici bazarlar üçün komandalar formalaşdırılır.

Vision Gran Turismo seriyalı istehsala buraxılmayacaq. Lakin bu konsept Xiaomi-nin qlobal elektromobil bazarında ciddi oyunçuya çevrilmək niyyətini açıq şəkildə nümayiş etdirir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,810ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -