spot_img
24 февраля, 2026
spot_img
ДомойAI / MLxAI-ın Grok Imagine modeli şəkildən video yaratmada rəqiblərini geridə qoydu

xAI-ın Grok Imagine modeli şəkildən video yaratmada rəqiblərini geridə qoydu

İlon Maskın süni intellekt şirkəti xAI tərəfindən hazırlanmış Grok Imagine modeli Image-to-Video kateqoriyasında liderliyini qorumaqda davam edir. Grok ekosisteminə daxil olan bu alət şəkillər əsasında video generasiya etmək üçün nəzərdə tutulub və hazırda müstəqil reytinqlərdə ən yüksək nəticəni göstərir.

Model Arena.ai platformasının reytinqində birinci yerdə qərarlaşıb. Bu platforma istifadəçilərin “kor səsvermə” (blind voting) üsulu ilə müxtəlif AI modellərini müqayisə etdiyi məşhur müstəqil benchmark hesab olunur — qalib isə ən çox seçilən model olur.

2026-cı ilin fevral ayına olan nəticələrə görə, grok-imagine-video-720p modeli 1402 bal və 13 668 səs toplayaraq lider mövqedədir. Ən yaxın rəqib isə 1401 bal və 8979 səs nəticəsi ilə Google-un Veo-3.1-audio-1080p modelidir.

Grok Imagine ilk dəfə 2025-ci ilin avqustunda (Grok 2/Grok 4 çərçivəsində) beta versiyada istifadəyə verilmişdi. 2026-cı ilin fevralında isə model böyük yenilənmə alaraq 1.0 versiyasına yüksəldilib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,816ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -