Google şirkətinə qarşı yeni kollektiv iddia qaldırılıb. İddiada şirkətin Gemini İA modeli vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını gizli şəkildə topladığı bildirilir. Deyilənə görə, neyroşəbəkə onların elektron məktublarını sərbəst şəkildə “oxuya” bilib. Google isə artıq bu ittihamlara rəsmi cavab verib.
İddia ərizəsində qeyd olunur ki, Google əslində Gemini AI alətlərinə Gmail, Chat və Meet xidmətlərinin məzmununa əvvəlcədən (default olaraq) giriş imkanı verib. Bunun nəticəsində şirkət istifadəçilərin xəbəri və razılığı olmadan şəxsi məlumatlarına — göndərilən və qəbul edilən bütün məktublara və əlavələrə — çıxış əldə edib.
Google nümayəndəsi Cenny Tomson bildirib ki, bu kimi iddiaların əsası yoxdur. Onun sözlərinə görə, Gmail-in “ağıllı funksiyaları” uzun illərdir mövcuddur və şirkət Gmail məzmununu İA modelinin təlimi üçün istifadə etmir.
İstəyə uyğun olaraq istifadəçilər Gmail ayarlarında həmin funksiyanı özləri deaktiv edə bilərlər (yuxarıdakı screenshot-da menyu göstərilib). Lakin KİV-in məlumatına görə, bəzi hallarda ağıllı funksiyalar yenidən avtomatik olaraq aktivləşə bilər.





