Texnologiyanın kənd təsərrüfatını necə dəyişə biləcəyini Dyson öz nümunəsində göstərdi. Şirkət İngiltərənin Linkolnşir qraflığında 10.5 hektar ərazidə nəhəng bir istixana kompleksi inşa edib. Burada 24 metr uzunluğunda, 5 metr hündürlüyündə və hər biri təxminən 500 kiloqram çəkidə olan dövrəvi qurğular quraşdırılıb.
Bu robot-fermada məhsul yığımı tamamilə avtomatlaşdırılıb. Sistem 16 ədəd robot qol ilə təchiz olunub və ayda 200 000 ədəd çiyələk yığmaq imkanına malikdir. Enerji təchizatı üçün təsərrüfatda xüsusi anaerobic bioreactor fəaliyyət göstərir – o, taxıldan qaz hasil edərək turbini hərəkətə gətirir.Bu prosesin «artıq» məhsulu olan orqanik gübrə isə torpağa qaytarılır. Reaktordan əldə olunan istilik istixananı qızdırır, damdan toplanan yağış suları isə suvarma üçün istifadə olunur. Sistem maksimum dərəcədə təbii gün işığından yararlanmağa çalışır və süni işıqlandırmadan az istifadə edir.
Uzunluğu 760 metr olan bu istixana ildə 1250 ton kimyəvi maddələrsiz yetişdirilmiş çiyələk istehsal edə bilər. Belə bir layihə təkcə məhsuldarlığı deyil, həm də ərzaq təhlükəsizliyini artırır və idxal xərclərini azaldır.