spot_img
28 апреля, 2024
ДомойТелекомСтатьиCisco Meraki: Uğurlu layihələrin nümunələri

Cisco Meraki: Uğurlu layihələrin nümunələri

Cisco Meraki — korporativ Wi-Fi şəbəkələrinin təşkili üçün nəzərdə tutulmuş, bulud texnologiyaları vasitəsilə idarəetmə funksiyasına malik, genişləndirilə bilən və sadə yanaşmanı təmin edən yüksəktexnoloji bir həlldir. Bu həll bütün şəbəkənin komponentlərinin monitorinqi və idarə edilməsi üçün vahid idarəetmə panelini təmin edir. Cisco Meraki orta və kiçik müəssisələr üçün uyğundur və ənənəvi texnologiyalarla müqayisədə şirkətinin İT-büdcəsinə 90%-nə qədər qənaət etməyə imkan verir. Cisco Meraki-nin bizneslərə necə kömək etdiyini daha yaxşı başa düşmək üçün onun real müəssisələrdə tətbiq edilməsinin bəzi nümunələrinə baxaq.

bluegr Hotels & Resorts

bluegr Hotels & Resorts

«bluegr Hotels & Resorts» Yunanıstanın ən yaxşı otellərindən biri sayılır və keyfiyyətli turizmin üç əsas üstünlüklərini özündə birləşdirir: əla xidmət, mükəmməl qonaqpərvərlik və heyranedici məkanlar. Krit adasının mənzərəli Agios Nikolaos və Elounda şəhərlərində, Rodos adasında və Afinadakı gözəl Ekali şəhərciyində yerləşən «bluegr Hotels & Resorts» şəbəkəsinin beş oteli Yunanıstanda lüks tətil üçün yeni standartlar müəyyən edir. Yüksək hərəkətli Afinada 5-ulduzlu «Life Gallery Athens» ən yaxşı biznes-otellərindən biri hesab olunur. Otelin fəaliyyətinin bütün aspektlərində bu mükəmməllik standartını qorumaq üçün İT-menecer Vasilis Barbas (Vasilis Barbas) yüksək sürətli simsiz şəbəkənin təşkili üçün Cisco Meraki avadanlığından istifadə edir. İndi bu vahid şəbəkə qonaqları və əməkdaşları birləşdirir, həmçinin Facebook kimi üçüncü tərəf xidmətləri ilə inteqrasiyanın üstünlüklərini təmin edir.

Hansı məqsədlər qoyulmuşdu?

Korporativ, qonaq və qrup istifadəsini etibarlı şəkildə təmin edə biləcək, eyni zamanda idarəetmə cəhətindən sadə bir həllə ehtiyac var idi. Bu həll həmçinin şirkətlə və gələcək marketinq tendensiyalarla birgə böyüyə biləcək bir həll olmalı idi. Əvvəlki şəbəkəni idarə etmək çətin idi, o, minimal və qeyri-sabit əhatə dairəsinə malik idi. Bu da otel boyu simsiz şəbəkə xidmətinin effektiv şəkildə təmin edilməsini çətinləşdirirdi.

«Cisco Meraki innovativ bir həlldir. Bulud infrastrukturu istənilən İT-menecer üçün böyük üstünlükdür, çünki o, gündəlik ehtiyacları distant şəkildə, asanlıqla və tez idarə etməyə, eyni zamanda onları kontrol etməyə imkan verir», — Vasilis Barbas qeyd edir.

Niyə məhz Cisco Meraki?

  • Meraki innovativ həll otel şəbəkəsi üçün heç bir əlavə ödəniş etmədən funksionallığının və proqram təminatının yeniləmələrinin vaxtında əldə edilməsini təmin edir.
  • Wi-Fi şəbəkəsinə daxil olmaq üçün Facebook kimi üçüncü tərəflərlə əməkdaşlıq şirkətə nəinki innovativ marketinq kampaniyaları keçirməyə imkan verir, həm də qonaqlar üçün rahatlıq yaradır.
  • Obyektdə İT-personalının olmadığı üçün, intuitiv idarəetmə paneli şəbəkənin və onun ayarlarının effektiv şəkildə distant idarə edilməsi üçün alətlər təqdim edir.
  • Bulud texnologiyaları vasitəsilə idarəetmə prinsipi şəbəkədəki istifadəçiləri, cihazları və tətbiqlərin görüntüsünü, həmçinin avadanlıq üzərində incə nəzarəti təmin edir.

Şəbəkə necə təşkil edilib?

  • Yarım gün ərzində bütün oteldə qapalı və açıq «access-point» tipli avadanlıqlar quraşdırılmışdır, idarəetmə paneli vasitəsilə avadanlıq konfiqurasiya edilmişdir.
  • Şəbəkənin əhatə dairəsini təmin etmək üçün qonaqlar, işçilər və müxtəlif qruplar üçün 15 SSID-dən təxminən 10-u istifadə
  • Qonaqlar öz Facebook hesabından istifadə edərək Wi-Fi şəbəkəsinə qoşulurlar, bu da onlara sosial şəbəkələrə dərhal qoşulmağa imkan verir. Otel öz brendini tanıtmaq üçün bu imkandan yararlanır.
  • Trafik hər bir müştəri üçün 7-səviyyəli fayrvoldan keçərək formalaşdırılır. Bir sıra digər qaydalar da tətbiq olunur, eləcə də faylların paylaşımını nəzərdə tutan tətbiqlərə məhdudiyyət qoyulur.

Nəticə olaraq nə əldə edildi?

Şəbəkə təşkil edəndən bəri otelin qonaqları və işçiləri əhatə dairəsi, siqnal sabitliyi və ya Wi-Fi bağlantısı ilə bağlı heç bir problem yaşamırlar. Distant idarəetmə və üçüncü tərəf xidmətləri ilə inteqrasiya sayəsində İT-menecer artıq diqqətini digər layihələrə yönəltməyə vaxt tapır və əlavə xərclərdən azad olur. Noutbuk, smartfon və planşetlərdən qoşulan qonaqlar və əməkdaşlar yeni və etibarlı simsiz şəbəkədən istifadə etməkdən həzz alırlar. Artıq İT-menecer istənilən vaxt, istənilən yerdən idarəetmə panelinə daxil ola, şəbəkəyə nəzarət edə bilər. Misal üçün o, SSID-ləri yaratmaq və ya söndürmək kimi düzəlişlər edə bilər. Nasazlıqları aradan qaldırmaq üçün distant idarə olunan alətlər qabaqlayıcı tədbirlər görməyə imkan verir. Eyni zamanda, avtomatik xəbərdarlıq sistemi administratorları hər hansı potensial şəbəkə problemi barədə qısa vaxt ərzində məlumatlandırır. Zəmanət, 24/7 dəstək, həmçinin lisenziyaya daxil edilmiş müntəzəm qaydada proqram təminatının və funksionallığın yenilənməsi sayəsində şəbəkə həmişə təhlükəsiz qalır və şirkətin ehtiyaclarına uyğun inkişaf edə bilir.

International Fashion House Akris

International Fashion House Akris

İsveçrənin məşhur moda evi «Akris» 1922-ci ildə qurulandan bəri davamlı olaraq böyüməkdədir. Bu gün Sankt-Qallendə (İsveçrə) yerləşən bu şirkətin kolleksiyalarını və aksessuarlarını həm internet vasitəsilə, həm də dünyanın 500-dən çox satış nöqtələrində əldə etmək olar. Son vaxtlara qədər Akris şirkətinin İT-komandasının səyləri daha da parçalanmış hala gəlməyə başlamışdı. Serverlərin, yaddaş sistemlərinin, şəbəkənin və masaüstü sistemlərinin daim işlək vəziyyətdə saxlanılması üçün əlavə mütəxəssislərə ehtiyac var idi. Pərakəndə və topdan satış məntəqələri, eyni zamanda elektron ticarət kanalları bir-bibirindən müstəqil şəkildə idarə olunurdu. Şirkət hər il yeni pərakəndə satış mağazaları açırdı, bu da İT-komandasının işini getdikcə gərginləşdirirdi.

«Biz qlobal miqyasda fəaliyyət göstərən kiçik ailəvi şirkətik, — Akris şirkətinin IT-direktoru Tomas Kaser (Thomas Käser) qeyd edir. — Ona görə də İT baxımından biz son dərəcə səmərəli olmalıyıq. Nəzərə alsaq ki, hər bir mağazanın, tərəfdaşın və bazarın özünəməxsus ehtiyac və tələbləri var, biz mərkəzləşdirilmiş idarəetmə ehtiyacı ilə qarşılaşırıq. Məlumat mərkəzlərini, filialları və bulud resurslarını biri birinə inteqrasiya etmək üçün Cisco HyperFlex2 və Cisco Intersight həlləri seçilib. Bunun nəticəsidir ki, bu gün Akris-in bütün nümayiş zalları, filialları və dükanları şirkətin məlumat mərkəzlərinə Cisco Meraki kommutatorları vasitəsilə qoşulub. Əməkdaşlar isə korporativ tətbiqlərdən Citrix virtual iş masaları vasitələrdən yararlanır».

Hansı məqsədlər qoyulmuşdu?

Akris hər il iki və ya üç yeni pərakəndə mağaza, bir neçə ildən bir yeni filial açır. Keçmişdə şirkət yeni satış nöqtələrini işə salmaq üçün İT-işçilərini digər vacib işlərdən ayıraraq həmin yerlərə göndərirdi. Şirkətin qarşısında qlobal əməliyyatların uyğunlaşdırılması prosesinin sadələşdirilməsi, filiallarının dəstəyinin və şəffaflığının artırılması kimi vəzifələr dururdu. Həmçinin, qlobal miqyasda fəaliyyət göstərən şirkətin bütün biznesinin və İT-infrastrukturunun çevikliyini artırmaq lazım idi.

Hansı həllərdən istifadə olunub?

  • Cisco HyperFlex
  • Cisco Intersight infrastruktur xidməti
  • Cisco Meraki kommutatorları, fayrvolları, «access-point»ləri və intellektual kameraları.

Şəbəkə necə təşkil edilib?

İT-xidmətləri üzrə tərəfdaş Ceruno AG-nin köməyi ilə Akris İsveçrədə yerləşən əsas məlumat mərkəzində və Rumıniyada yerləşən özünün ən böyük istehsal nöqtəsində Cisco HyperFlex həllini tətbiq edib. Bu proses qlobal əməliyyatların sadələşdirməsini və koordinasiyasını təmin etməli idi. All-flash saxlama cihazları əsasında qurulmuş üçdüyünlü klasterlər Cisco Intersight vasitəsilə inteqrasiya edilib və həmin həll vasitəsilə idarə olunur. Beləliklə, şirkət öz tətbiqlərinin lokal şəbəkədə və ya buludda yerləşməsindən asılı olmayaraq, idarəetmə siyasətini dəyişməz olaraq saxlayır.

Nəticə olaraq nə əldə edildi?

  • İT-əməliyyatları sadələşdi və sürətlə
  • Xərclər azaldıld.
  • Diqqət texnologiyadan biznesə yönəldi
  • Daha sürətli və asan tətbiq ilə yanaşı, Akris şirkətinin İT-mütəxəssisləri artıq uzaqda yerləşən mağazalar və filiallarının İT-resursları üzərində daha rahat nəzarətə əldə edə biliblə

«Artıq biz mağazalarımıza və filiallarımıza İT-mütəxəssisləri göndərmək məcburiyyətində deyilik. Cisco HyperFlex, Cisco Intersight və Cisco Meraki bu problemi aradan qaldırdı. Bütün bu həllərin inteqrasiyası olunub, avtomatlaşdırılıb, onların istifadəsi isə olduqca asandır. Əldə olunmuş boş vaxt sayəsində biz vahid kommunikasiyaları (UFC) və 3D CAD həllərini araşdırırıq. Biz ERP sistemlərimizin, satış nöqtələrimizin və virtual iş masalarımızın buludda yerləşdirilməsini nəzərdən keçiririk. Eyni zamanda, biz Əşyaların İnterneti (IoT) və biznes-analitikaya aid texnologiyalarından daha çox fayda əldə etmək istərdik. Açıq API-lər sayəsində biz Cisco infrastrukturumuzu istədiyimiz kimi istifadə edə, istənilən həllər üçün dəstək tapa bilərik», — Tomas Kaser qeyd edir.

Dorada Palace Hotel

Dorada Palace Hotel

1999-cu ildə tikilmiş 4-ulduzlu «Dorada Palace Hotel» İspaniyanın Aralıq dənizi sahilində ideal şəkildə yerləşdirilib. O, səs-küylü Barselona şəhərindən bir neçə dəqiqəlik məsafədədir və müxtəlif yaşlı uşaqları olan ailələr daxil olmaqla öz qonaqlarına bir çox xidmətlər təklif etməyə hazırdır. Cisco Meraki həllinin köməyi ilə otel nəinki öz Wi-Fi şəbəkəsinin əhatə dairəsini və sürətini yüksəldə bilib, həmçinin Facebook istifadəçilərinin diqqətini də cəlb etməyə nail olub.

Hansı məqsədlər qoyulmuşdu?

Köhnəlmiş 802.11g Wi-Fi standartı otelin ambisiyalarına uyğun gəlmirdi və onun məşhurlaşmasına mane olurdu, həmçinin artan 802.11n tipli cihazların qoşulması üçün uyğun deyildi. Bundan əlavə, Wi-Fi şəbəkəsinin əhatə dairəsi yalnız bar və lobbi ilə məhdudlaşırdı. Nəticədə qonaqlar tez-tez şəbəkəyə dair şikayət edirdi. Onlar bildirirdilər ki, öz ailələri ilə internet vasitəsilə əlaqə saxlaya bilmirlər, eləcə də elektron poçta daxil olmaqda problemlərlə üzləşirdilər. Bütün bu problemləri mümkün qədər tez həll etmək lazım idi.

«İndi biz qonaqlarımızı otağa İT-mütəxəssis göndərmədən yüksək sürətli Wi-Fi şəbəkəsi ilə təmin edə bilirik. Bağlantı tamamilə avtonom şəkildə gerçəkləşir», — Dorada Palace Otelin İT-meneceri Eduard Bonet (Eduard Bonet) deyir.

Niyə məhz Cisco Meraki?

  • Simsiz şəbəkəyə daxil olmaq üçün intuitiv qrafik veb-interfeysi.
  • Cisco Meraki idarəetmə panelinə Facebook vasitəsilə Wi-Fi şəbəkəsinə daxil olmaq imkanı inteqrasiya olunub.
  • Otelin qonaqları üçün internetin buraxılış qabiliyyətinin asan idarə edilməsi nəzərdə
  • Wi-Fi şəbəkəsindən istifadə edilməsinə görə hesabların müxtəlif variantlarda tərtib edilməsi idarəetmə panelinə inteqrasiya olunub.
  • Cisco Meraki imkanlarının qiymətləndirmə zamanı D-Link, MikroTik və TP-Link kimi brendlərin imkanları da nəzərə alınmışdır.

Şəbəkə necə təşkil edilib?

  • Otel ərazisində 50-dən çox daxili və xarici Cisco Meraki «access point»-ləri və kommutatorları quraşdırılmışdır.
  • Facebook hesabı ilə daxil olmaq imkanı ilə ictimai yerlərdə otel qonaqları üçün pulsuz Wi-Fi şəbəkəsi təşkil edilmişdir.
  • Hər bir müştəri üçün 512 kb/s-ə qədər sürət limiti müəyyən edilmişdir.
  • Otelin billinq sisteminə inteqrasiya olunmaqla premium xidmət — şəbəkəyə 10 Mbit/s sürətlə qoşulma imkanı təşkil edilmişdir.
  • Bütün işlər DataCom3 tərəfdaşla birgə həyata keçirilmişdir ki, bu da həlli cəmi 2 iş günü ərzində tətbiq etməyə imkan vermişdir.

Nəticə olaraq nə əldə edildi?

Otelin qonaqlarına xüsusi İT-personalını cəlb edilmədən yüksək keyfiyyətli Wi-Fi şəbəkəsinə qoşulmaq imkanı təmin edilib. Wi-Fi şəbəkəsinin keyfiyyətindən narazı qalan qonaq sayının kəskin azalması ilə yanaşı, otelin rəsmi Facebook səhifəsində bəyənmə (Like) sayının artması gözləntilərdən daha çox olub. Facebook hesabı ilə daxil olmaqla ictimai yerlərdə Wi-Fi şəbəkəsinə qoşulmaq üçün imkan yaradılıb. Premium xidmətlər sayəsində yatıran sərmayənin müntəzəm şəkildə geri qayıtmasını təmin etmək mümkün olub. Wi-Fi şəbəkəsini heç bir əlavə kabel olmadan genişləndirmək mümkün olub və otelin «əlçatmaz» ərazilərini Mesh texnologiyası və Cisco Meraki-nin avtomatik konfiqurasiyası sayəsində qoşmaq mümkün olub. Cisco Meraki həllinin tətbiqi sayəsində ötürülən məlumatların həcmi orta hesabla həftədə 200 Gb-ı keçib. Sözügedən müddət ərzində simsiz şəbəkədə istifadəçilərin sayı 1000-i keçir.

Fərdi konsultasiya almaq üçün, zəhmət olmasa, Azərbaycandakı tərəfdaşınıza müraciət edin və ya [email protected] ünvanına yazın.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,048ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -