spot_img
25 ноября, 2024
ДомойТехнологииPikselləşdirilmiş mətnlərin bərpası üçün xüsusi alqoritm yaradılıb

Pikselləşdirilmiş mətnlərin bərpası üçün xüsusi alqoritm yaradılıb

    Technote-un dediyinə görə, məlumatların kofidensiallıqlarını qorumaq üçün çox zaman pikselləşdirmə üsulundan istifadə edilir. Bu üsul hər hansısa mətni ayrı-ayrı nöqtələr şəklində bulanıq formaya salır. Lakin məlum olub ki, məlumatların konfidensiallıqlarını qorumaq üçün bu üsul yetərli olmaya bilər. Belə ki, kibertəhlükəsizlik üzrə mütəxəssis Dan Petro xüsusi alqoritm hazırlayıb və həmin alqoritm pikselləşdirilmiş simvolları bərpa etməyə imkan verir. Bu cür prosesi yerinə yetirəcək alqoritmin yaradılması ideyası Jumpsec Labs adlı şirkətin elan etdiyi xüsusi müsabiqədən sonra yaranıb. Belə ki, həmin müsabiqə çərçivəsində mütəxəssislər pikselləşdirilmiş mətnləri deşifrələməli idilər.

    Bazarda insanların və digər obyektlərin əks olunduqları pikselli təsvirlərin keyfiyyətlərinin yaxşılaşdırılması üzrə hazır üsullar olsa da, onlar hərflər kimi kiçik simvollar üçün nəzərdə tutulmayıblar. Buna görə də Dan Petro bununla bağlı öz fərdi alqoritmini yaratmaq qərarını verib və onun cəhdi uğurla nəticələnib. Açıq mənbəli koda sahib Unredacter adlı alqoritm artıq GitHub-a yerləşdirilib. Mütəxəssis istifadəçilərə məlumatların pikselləşdirilməsi üsulu ilə konfidensiallıqlarını yüksəltməkdən imtina etməyi məsləhət görüb. Onun sözlərinə əsasən bu və ya digər mətnin yaxşı qorunması üçün mətnin üzərinə yerləşdirilən qara zolaqlardan istifadə etmək lazımdır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -