spot_img
18 апреля, 2024
ДомойТелекомСобытияApple şirkəti yeni təqdimat tədbirini açıqlayıb

Apple şirkəti yeni təqdimat tədbirini açıqlayıb

Apple şirkəti heç gözlənilmədən növbəti təqdimat tədbirinin tarixini elan edib. Beləliklə şirkətin növbəti təqdimat tədbiri 18 oktyabr tarixində baş tutacaq. Yeni təqdimat tədbiri “Unleashed” sloqanı altında keçiriləcək. Gözləntilərə əsasən Apple şirkətinin növbəti təqdimat tədbiri yeni MacBook modellərinə həsr ediləcək. Əsasən yeni MacBook Pro modelinin təqdimatı gözlənilir. Bəzi məlumatlara əsasən Apple ilk dəfə olaraq Mac kompüterlərinə mini-LED texnologiyasını inteqrasiya edəcək.

Qeyd etmək laızmdır ki, hələ bu ilin əvvəlində şirkət mini-LED texnologiyasını iPad Pro M1 (2021) planşet modelinə inteqrasiya etmişdi. Bundan əlavə olaraq bəzi insayderlər bildiriblər ki, Apple şirkəti növbəti təqdimat tədbiri çərçivəsində MacBook-da reallaşdırılmış Touch Bar panelindən imtina edəcəyini açıqlayacaq. Gözləntilərə əsasən yeni MacBook modeli Apple şirkətinin M1X adlı yeni prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq yeni MacBook modelinə həmçinin ənənəvi HDMI və SD kart girişi geri dönüş edə bilər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -