Dünya iqtisadiyyatının yavaşlaması və ABŞ-Çin ticarət müharibəsinə baxmayaraq informasiya kommunikasiya texnologiyalarına yatırımların həcmi artmaqda davam edəcək. Bu haqqda IDC analitik şirkətinin mütəxəssisləri məlumat veriblər. Onların proqnozlarına əsasən, İKT sahəsinə ediləcək xərclər, o cümlədən avadanlıq, proqram təminatı və servis xərcləri 2019-2023-cü illərdə 3.8% artaraq 4,8 trilyon dollara çatacaq.
Analitiklərin sözlərinə görə, transformasiya və avtomatlaşdırma texnologiyalarının istifadəsi server və saxlanclara tələbatı artıracaq, proqram təminatına xərclərin miqdarı yüksələcək.