spot_img
22 ноября, 2024
ДомойТехнологииPentaqonun göstərişi ilə insanları ürək döyüntüləri əsasında məsafədən müəyyən edən qurğunun prototipi...

Pentaqonun göstərişi ilə insanları ürək döyüntüləri əsasında məsafədən müəyyən edən qurğunun prototipi hazırlanıb

Qeyd edilir ki, ürək döyüntüləri barmaq izi kimi unikaldır. Hal-hazırda biometrik cihazlar, üz tanıma sistemləri geniş yayılıb və smartfonlarda belə var. Lakin, onlar insanlarla yaxın məsafədə əlaqə ilə aktivləşir, bəziləri isə yüksək dəqiqliyə malik deyil. Bu çatışmazlıqlar Pentaqonun göstərişi ilə Jetson adlı qurğuda yoxdur.

Jetson xüsusi infraqırmızı şüa ilə ürək döyüntüsünü müəyyən edə bilir. Ürək döyüntüləri unikaldır və onları dəyişmək, saxtalaşdırmaq mümkün deyil. Jetson sistemi 200 m məsafəyə qədər çalışa bilir və öz vəzifəsini hətta yüngül paltar olsa belə yerinə yetirə bilir. Dəqiqliyin 95% olduğu qeyd edilir. Lakin, hələlik qalın paltar istifadə edən insanların ürək döyüntüsünü müəyyən etməkdə çətinlik çəkən Jetson sisteminin üstəlik bunun üçün təxminən 30 saniyə vaxt xərclədiyi deyilir. Texnologiyanı daha da inkişaf etdirərək ABŞ ordusu ilə yanaşı tibb və digər sahələrdə də istifadəsi üçün addımlar atılacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -