Reddit forumunun insayderi təsdiq edir ki, Sony PlayStation 5 konsolunun anonsu artıq 2019-cu ildə baş tutacaq, rəsmi təqdimat mərasimi isə 2020-ci ilin ilk rübünə planlaşdırılır. Xatırladaq ki, PS4 anonsu və rəsmi təqdimatı arasında təxmini 9 ay interval mövcud idi.
Qeyd edilir ki, yeni konsolun əsasını 8 nüvəli CPU Ryzen prossesoru təşkil edəcək. Daha öncə yayılmış şayiələrə əsasən isə, PS5 GPU Navi ilə çalışacaq. Sony PlayStation 5-in qiymətinin 500 dollar civarında olacağı deyilir.
Mənbəyə inansaq, bir çox oyun tərtibatçısı artıq Sony PS5 üçün hazırlıqlara start verib. Bundan başqa, Sony şirkəti yeni PS VR qarniturasını da hazırlayır.