Snapdragon 8150 prosessoru Qualcomm şirkəti tərəfindən Snapdragon 845 çipinin davamçısı kimi təqdim ediləcək (başqa adla, Snapdragon 855). Tədbir cari ilin sonunadək baş tutacaq.
Rəsmi təqdimata hələ bir neçə həftə qalmasına baxmayaraq, Snapdragon 8150 artıq sınaqdan keçirilib və rekorda imza atıb. Yeni çip AnTuTu bençmarkında 360 000 bal səddini aşan ilk prosessor oldu. Dəqiq nəticə — 362 292 bal. Bu, digər Android cihazları arasında ən yüksək nəticədir.