Bluetooth interfeysli bu cihazın çəkisi 52 qr təşkil edir. XiaoAI adlı bu cihaz üçün artıq öncədən sifarişlər qəbul edilir. Rəsmi satış tarixi isə 28 noyabra təyin edilib.
Cihazın qiyməti cəmi 7 dollar təşkil edir. Tamamilə plastikdən hazırlanıb və virtual səsli köməkçi ilə də təchiz edilib. Smartfona qoşulduqdan sonra səsli köməkçiyə əmrləri verərək musiqi dinləmək, sms göndərmək, məişət mallarını idarə etmək, şəkil çəkmək mümkündür. Zənglərə cavab funksiyası da dəstəklənir.
480 mAh batareyası olan bu cihaz səsyazma rejimində fasiləsiz 4 saat fəaliyyət göstərə bilir. Gözləmə rejimində isə bu rəqəm 45 günə qədər çatır.