spot_img
25 апреля, 2024
ДомойТелекомСобытияVergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

Vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə aparılan struktur dəyişiklikləri çərçivəsində Vergilər Nazirliyində Rəqəmsal vergi inzibatçılığı departamenti yaradılıb. Yeni yaradılmış departament elektron vergi inzibatçılığının tətbiqi, onun texnoloji təminatının daha yüksək səviyyəyə çatdırılması, məsafədən vergi xidmətlərinin göstərilməsi, operativ informasiya mübadiləsinin təmin edilməsi, informasiya təhlükəsizliyi sisteminin idarə olunması, vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması və digər istiqamətlərdə fəaliyyət göstərəcək. Departamentin tərkibində Vergi ödəyicilərinə məsafədən xidmət şöbəsi, İnformasiya təhlükəsizliyi şöbəsi və İnformasiya texnologiyaları şöbəsi yaradılıb.

Vergi hesabatlarını vergi orqanları hazırlayacaq

Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən İnternet Vergi İdarəsi 2007-ci ildən etibarən fəaliyyət göstərir. İdarənin fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması vacib amildir. Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Aqşin Məcidovun sözlərinə görə, nazirlik İnternet Vergi İdarəsinin fəaliyyətində yeniliklərin tətbiqinə hazırlaşır.

E-qaimələrin göndərilməsinin sadələşdirilməsi planlaşdırılır 

Vergi qanunvericiliyinin müddəalarına əsasən, cari ilin yanvar ayından etibarən bütün vergi ödəyiciləri elektron qaimə (e-qaimə) tətbiq edir

E-audit – şəffaf yoxlama metodu

Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasına da çalışır.

Elektron nəzarət sistemi — onlayn kassa

Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi  sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -