spot_img
19 апреля, 2024
ДомойТелекомСобытия160 milyard dollar sərvətə sahib olan Jeff Bezos gününün necə keçdiyi haqqında...

160 milyard dollar sərvətə sahib olan Jeff Bezos gününün necə keçdiyi haqqında danışıb

Amazon şirkətinin sahibi, Blue Origin yaradıcısı və The Washington Post başçısı Jeff Bezos planetin ən varlı insanıdır. Onun rəsmi sərvəti 160 milyard dollara yaxındır. Vaşinqton iqtisadçıları klubunda çıxış edən Bezos gününün necə keçdiyi haqqında danışıb.

«Mən erkən yatıb, erkən oyanıram. Səhərlər heç bir işlə məşqul olmuram, əksinə, vaxtımı özümə və ailəmə sərf edirəm. Qəzet, jurnal oxuyuram, kofe içirəm, uşaqlarımla səhər yeməyi yeyirəm. Bunlar mənim günümdə bəlkə də ən vacib elementlərdir. Gündəlik 8 saat yatmağa çalışıram, əlbəttə ki, imkan daxilində. Vacib səfərlər olan zaman təəssüf ki, bu mümkün olmur. Ancaq bu 8 saat mənim üçün çox vacibdir. Yuxu rejiminə riayət etdiyimə görə, gün ərzində özümü daha gümrah, daha enerjili hiss edirəm.

Ən vacib qərarları və görüşləri nahara qədər həll etməyə çalışıram. Daha sonra isə nisbətən yüngül işlərlə məşqul oluram. Yorğunluq hiss etdiyim anda hər şeyi dayandırıram və qərarları sabaha saxlayıram.»

«İcraçı direktor nəyə görə pul alır? Fəaliyyəti nədən ibarətdir?» sualına isə Jeff Bezos belə cavab verib:

«Baxın, əgər siz orta zəncir meneceri vəzifəsini icra edirsizsə az sayda keyfiyyətli qərar verməli olursuz. İcraçı direktor isə gün ərzində minlərlə fərqli qərarlar verməli olur və müvafiq olaraq o qədər də məsuliyyəti üzərinə götürməli olur.»

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -