Rolls-Royce şirkəti aviasiya mühərriklərinin baxışı və yoxlanışı üçün kiçik robot həşərat və robot ilanlar hazırlayır. SWARM adlı bu kiçik robot həşəratlar ölçülərinə görə mühərrikin əlçatmaz yerlərinə keçə və yoxlama apara biləcəklər.
İkinci növ robotlar INSPECT adlanır. Bu ilana bənzər robotlar mühərrikə yerləşdiriləcək və mütəmadi yoxlama üçün istifadə olunacaqlar. Öz elastik xüsusiyyətlərinə görə bu robotlar mühərrikin istənilən yerində çəkiliş apara biləcəklər. Artıq mühərriki yoxlamaq üçün təyyarədən çıxarmağa ehtiyac qalmayacaq.