MasterCard artıq bu payız Rusiyada üz görüntüsü ilə ödəniş texnologiyasını sınaqdan keçirəcək. Selfie Pay adlı bu sistem istənilən mobil cihazda istifadə oluna bilər, sadəcə kamera olması kifayət edir. Bu, smartfon və ya planşet də ola bilər.
Ödənişi təsdiqləmək üçün istifadəçi selfi çəkməlidir. Lakin, selfi zamanı istifadəçi gözünü bağlayıb-açmalıdır ki, sistem görüntünün şəkil deyil, real olduğunu təyin etsin. Sistemi aldatmağa cəhd edilərsə, bu müəyyən ediləcək və qarşısı alınacaq. Qeyd edilir ki, texnologiya istənilən ödəniş mobil tətbiqinə yüklənə bilər. Texnologiyanın praktiki olaraq istifadəsi gələn ilin əvvəlinə planlaşdırılıb.