spot_img
18 января, 2025
ДомойТехнологииApple Touch ID texnologiyasına görə məhkəməyə çağırılıb

Apple Touch ID texnologiyasına görə məhkəməyə çağırılıb

Firstface şirkəti qeyd edir ki, Apple onların icad etdiyi texnologiyanı mənimsəyib. Koreyalı şirkət Touch ID texnologiyasının mənimsənməsi səbəbi ilə Apple-ı məhkəməyə verib.

Qeyd edilir ki, 2011-ci ildə Firstface şirkəti Cənubi Koreya, ABŞ və Yaponiyada bu texnologiya ilə bağlı çoxsaylı patent qeydiyyatdan keçirmişdi. Həmin patentlərdə istifadəçinin barmağının skanerə toxunuşu ilə cihazın aktivləşməsi təsvir edilib. Firstface rəsmiləri bildirir ki, məhz onlar bu texnologiyanın «pionerləri» sayılmalıdır. Onlar bildirib ki, şirkət Apple ilə bu məsələnin məhkəməsiz yoluna qoyulması üçün əlaqəyə keçmişdi, lakin Apple danışıqlar aparmaqdan imtina etmişdi.

Xatırladaq ki, Apple barmaq izi skanerini 2013-cü ildə iPhone 5s modeli ilə təqdim etmişdi.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,981ФанатыМне нравится
1,013ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -