Avtomatik prosesləri öyrənə bilən Adsense sistemi reklamların avtomatik yerləşdirilməsini təmin edəcək. Google bildirir ki, bu sistem reklam üçün ən uyğun vaxt və yeri özü seçir və saytın xarici görünüşünü zədələmir. Servis reklam yerlərini tapır və onları elanlar üçün istifadə edir. Yeni sistem Adsense elanlarını artıq qeydə ala bilir.
Bu sistemin aktivləşməsi üçün sayt sahibi aşağıdakıları etməlidir:
- Adsense-də elanlar üçün format seçmək
- avtomatlaşdırılmış elanlar üçün sayta kodu daxil etmək.