Google şirkəti I/O konfransında verdiyi sözü tutdu və zəif göstəricilərə malik smartfonlar üçün xüsusi Android hazırladı. Bu əməliyyat sistemi Android Oreo əsasında qurulub və əməliyyat yaddaşı (RAM) 512 mb — 1GB olan smartfonlar üçün nəzərdə tutulub. Müqayisə üçün qeyd edək ki, Android Oreo özü Google Pixel 2 smartfonunda 4 GB RAM istifadə edir.
Android Oreo Go sadələşdirilmiş əməliyyat sistemi olaraq bütün tərtibatçılar üçün əlçatandır. Bu isə o deməkdir ki, yaxın zamanlarda orta və zəif göstəricilərə malik smartfonlarda da Android Oreo-nu görə biləcəyik.